Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir uşağını xilas etdi, amma digəri... - Dəhşətli yanğın + Video
Biləsuvarda yaşayış evinin yanması azyaşlının ölümü ilə nəticələnib.

“Xəzər Xəbər" bildirir ki, hadisə Biləsuvarda, Molla Pənah Vaqif küçəsində baş verib.

Rayon sakini Natiq Aslanova məxsus fərdi yaşayış evi qəfildən yanmağa başlayıb. Hadisə zamanı ev sahibəsi Gülnar Məmiyeva və iki azyaşlı övladı evdə yatmış vəziyyətdə olublar. Evin tüstüləndiyini hiss edən ana 4 yaşlı körpəsini qucağına götürərək pəncərədən bayıra çıxa bilib. Lakin 8 yaşlı Ümid Aslanlı özünü itirərək çarpayının altına girib və çoxsaylı yanıq xəsarətləri alıb.

Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Gülnar Məmiyeva və övladı Ümid Aslanlı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, Ümidin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »