Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DYP sürücülərə müraciət edib
DYP - Dövlət Yol Polisi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Bizimyol.info xəbər verir ki, DYP-dən verilən məlumatda bildirilir ki, yay mövsümünün yaxınlaşması ilə əlaqədar havaların isinməsi pandemiya şəraitində uzun müddət evdə qalmış vətəndaşların istirahət, gəzinti məqsədilə paytaxtdan rayonlara səfər etmələrinə zəmin yaradıb:

“Bu səbəbdən istər paytaxtdan bölgələrə, istərsə də əks istiqamətdə nəqliyyat axınının artması müşahidə edilir.

Avtomobil yollarında son vaxtlar baş vermiş yol-nəqliyyat hadisələri üzrə təhlil aparılarkən bir çox halda sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən, yorğun formada nəqliyyat vasitələrini idarə etmələrinin ağır nəticəli qəzalara səbəb olduğu müəyyən edilib. Hətta bəzən bu kimi vəziyyətlərdə avtomobilin idarə olunması nəticəsində eyni istiqamətdə qarşıda hərəkətdə olan nəqliyyat vasitəsinin arxa hissəsinə, yol kənarında yerləşən maneələrə toxunulmaqla qəza baş verib ki, sürücü və ya sərnişinlər həlak olmuş yaxud müxtəlif dərəcəli bədən xəsarəti alıb”, - deyə müraciətdə bildirilir.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda rahat və təhlükəsiz hərəkətin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edərək uzaq məsafələrə səyahət edərkən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, tələskənliyə yol verməməyi, hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə avtomobili saxlayıb istirahət etməyi, eləcə də yollarda sürət rejiminə ciddi əməl olunmasını xahiş edir.

“Məlumat üçün bildiririk ki, respublikanın avtomobil yollarında olan bütün stasionar postlarda vətəndaşların əl-üzünü yuması, onların qısa müddət istirahət etməsi müvafiq şərait yaradılıb.

Unutmaq olmaz ki, istirahət rejiminə əməl edilmədən, uzun müddət, fasiləsiz nəqliyyat vasitəsinin idarə olunması sürücülərin özləri ilə yanaşı avtomobildə olan sərnişinlər və digər hərəkət iştirakçıları üçün potensial təhlükədir”.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »