Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Indan saç düzümü və geyim qadağaları
Simali koreya - Kim Çen

Şimali Koreya lideri Kim Çen In gənclərin xarici görünüşündə fərdiliyin özünü biruzə verməsini ölkədə mövcud siyasi quruluş üçün təhlükəli hal sayır.

Bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.

Məlumata əsasən, Şimali Koreyada yırtıq və dar cinslər qadağan olunub. Bu geyimlərdə küçəyə çıxmaq ictimai asayişi pozmaq kimi qiymətləndirilir. Bununla yanaşı, ölkə sakinlərinin saç düzümü formalarına da məhdudiyyətlər qoyulub.

Kim Çen In hesab edir ki, Qərb mədəniyyəti gənclərə mənfi təsir göstərir. Bu təsir isə sonda mövcud rejimin devrilməsi ilə nəticələnə bilər. Dövlət başçısı geyim tərzi ilə bağlı xüsusi sənəd imzalayıb. Sənəddə dəbli geyimlərə üstünlük verənlərin əmək düşərgələrinə göndərilməsi tövsiyə olunub.

Ölkə KİV-i də əhalini kapitalizmin təzahürlərindən çəkinməyə və mövcud həyat tərzini qorumağa çağırıb.(oxu.az)

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »