Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
Qaragöl, Zəngəzur, Azərbaycan

Qaragöl ətrafında gərginlik tam səngiməyib. Hərçənd, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 17-də baş tutan mətbuat konfransında hər şeyin qaydasına düşdüyü mesajını verib. Onun sözlərinə görə, Laçın və Gorus rayonlarının sərhədində heç bir toqquşma baş verməyib, atəş açılmayıb. Lavrov Rusiyanın demarkasiya və delimitasiya məsələlərində köməyini əsirgəmədiyini deyib. Nazir ümumi razılaşma əldə olunduğunu açıqlayıb. Yəni Lavrov narahatlığa əsas olmadığını vurğulayıb.

Ermənistan mətbuatında günün birinci yarısında yazılanlardan belə qənaətə gəlmək olardı ki, vəziyyət, həqiqətən də, sabitləşib. Amma axşam saatlarında sərhəddən başqa xəbərlər gəlməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatı Azərbaycan qüvvələrinin Göyçə mahalının indi Kut adlandırılan kəndinə daha 200-300 metr yaxınlaşdığını yazır. Qədim adı Zərkənd olan yaşayış məntəqəsində bizimkilərin qətiyyən geri çəkilmədiyi, əksinə, mövqelərini yaxşılaşdırdığı məlumat verilir. Bunu jurnalistlərə qonşuluqdakı Şişqayanın icma rəhbəri Akop Avetyan deyib.

“Onlar heç yerə getməyib. İrəli gəliblər. Yeni mövqe tutublar. Hökumət lazımi addımları atmalıdır. Bizə müsbət nəticə lazımdır. Hər saniyə bunu gözləyirik. Ortada isə bir şey yoxdur”.

Avetyan Azərbaycan qüvvələrinin son günlər Göyçənin başqa yerlərində 2-3 km irəlilədiyini, amma hələ də əvvəlki mövqeyə qayıtmadığını söyləyib. Onun sözlərinə görə, həm Şişqayada, həm də Zərkənddə erməni sakinlər daha heyvanlarını çölə buraxmır. Çünki Azərbaycan qüvvələri məhz otlaq ərazilərdə qərarlaşıb.

Qaragöl ətrafında ilk gərginlik aktı mayın 12-də qeydə alınmışdı. Ermənistan tərəfi Azərbaycan hərbi qüvvələrinin Zəngəzurda sərhədi pozduğunu iddia edirdi. Bir neçə gün sonra Göyçə mahalında da eyni vəziyyətin yaşandığı deyilməyə başlandı. Ermənistan Azərbaycanın Qaragölə tam nəzarəti ələ keçirmək istədiyini açıqlamışdı. Azərbaycan Xarici İşlər Nazirliyi isə söhbətin yalnız demarkasiya və delimitasiya prosesindən gedə biləcəyi ilə bağlı bəyanat yaymışdı.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »