Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Fələstin XİN başçısının Türkiyə səfərindən sonra İsrail Qəzzada hücuma keçib”
Çavuşoğlu: “Fələstin XİN başçısının Türkiyə səfərindən sonra İsrail Qəzzada hücuma keçib”

“Bu günə qədər 200-ə yaxın fələstinli öldürülüb. Ölənlərin yarısından çoxu qadın və uşaqdır”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində (TBMM) Qəzzadakıson hadisələrlə bağlı çıxışı zamanı deyib.

O bildirib ki, mayın 7-də Ankarada səfərdə olan Fələstin XİN başçısı ilə İsrail-Fələstin münasibətlərini dəyərləndirdikdən sonra İsrail Fələstinə hücum edib və müsəlmanların müqəddəs Ramazan bayramı hüznlü keçib.

M. Çavuşoğlunun sözlərinə görə, Fələstinə dəstək məqsədilə Türkiyə Prezidenti və o özü çox sayda dövlətbaşçısı və xarici işlər naziri ilə diplomatik danışıqlar aparıb.

Türkiyə XİN başçısı Ankarada səfərdə olan Pakistanın xarici işlər naziri ilə bu gün Qəzzadakı vəziyyətlə bağlı müzakirə apardıqlarını qeyd edib: “Bu baxımdan Türkiyə parlamentinin dəstəyibizim siyasətimizə ən böyük dəstəkdir. Qardaş Pakistan parlamenti də Türkiyə parlamenti ilə eyni mövqedədir”.

Nazir vurğulayıb ki, BMT Baş Assambleyasının mayın 21-də Qəzzadakı vəziyyətlə bağlı iclaskeçirməsinə dairtəşəbbüsilk olaraq Türkiyədən gəlib.

Son xəbərlər
Bütün xəbərlər »