Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana bu il idxal olunan "Aİ-92" benzinin həcmi açıqlanıb
Benzin - yanacaq

Bu ilin yanvar-mart aylarında Azərbaycana 19,731 mln. ABŞ dolları dəyərində 31 992,1 ton avtomobil benzini ("Aİ-92", "Aİ-95" və "Aİ-98") idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan benzinin həcmi 99,2%, dəyəri isə 61,7% artıb.

Qeyd edək ki, 2021-ci ilin mart ayında ölkə "Aİ-92" markalı benzinin idxalını bərpa edib. Belə ki, mart ayında Azərbaycana 2,387 mln. ABŞ dolları dəyərində 4 995,64 ton sözügedən məhsuldan idxal olunub və martda "Aİ-92"yalnız Gürcüstandan gətirilib.

Xatırladaq ki, 2021-ci ilin I rübündə Azərbaycana gətirilən benzinin əsas hissəsini "Aİ-95" ("Premium") markalı avtomobil benzini təşkil edib. Belə ki, hesabat dövründə sözügedən benzindən ölkəyə 16,781 mln. dollarlıq 26 277,71 ton gətirilib ki, bu da illik müqayisədə həcm ifadəsində 71,6%, dəyər ifadəsində isə 45,1% artıb. Əsas ixracatçı olan Rusiya Azərbaycana 15,143 mln. dollar dəyərində 23 721,48 "Premium" benzin ixrac edib ki, bu da illik müqayisədə həcm ifadəsində 60,4%, dəyər ifadəsində isə 36,2% çoxdur.

"Aİ-98" ("Super") markalı benzinə gəldikdə, sözügedən benzini Azərbaycana yanvar-martda yalnız Rumıniya ixrac edib. Sözügedən məhsuldan ölkəyə 562,73 min dollarlıq 718,75 ton gətirilib ki, bu da illik müqayisədə 3,4 dəfə çoxdur.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Xəstəxananın direktoru işdən çıxarılıb
Son xəbərlər
Bütün xəbərlər »