Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı

Avstraliyada yaşayan və özünü gümrah hiss edən 111 yaşlı Dexter Kruger uzunömürlülüyünə səbəb olan qidanın adını açıqlayıb.

The Independent nəşri yazır ki, hazırda qocalar üçün pansionatda yaşayan Kruger bildirib ki, delikates olaraq tez- tez toyuq beyni yeyib.”Bu balaca qidalar çox ləzzətlidir. Toyuqların balaca başının içindəki balaca beyin mənə həmişə güc verib”,- deyə o qeyd edib. Kruger hər gün 12 krevetka yediyini, tez tez mahnı oxuduğunu, stresdən çıxmaq üçün isə fit çaldığını deyib. O həmçinin gündə 3 dəfə nəfəs gimnastikası etdiyini söyləyib.

“İki dünya müharibəsi, böyük depressiya dönəmi, quraqlıqlar gördüm. Son yaşadığım iə pandemiya oldu. İnsanlar bunun da öhdəsindən gələcəklər.Heyvandarlıqla məşğul olmuşam. Vaksinlərlə bütün xəstəliklərə qalib gəlirdik. İnsanlarla da belə olacaq.Bütün problemlərə baxmayaraq həyatda yaxşı şeylər pislərdən çoxdur”,- deyə qoca bildirib.

Kruger 86 yaşına qədər fermerlik edib.Xanımı öldükdən sonra o kitab yazmağa başlayıb. Bu günə qədər 12 kitab,300 hekayə müəllifidir. 111 yaşlı qoca hazırda atobioqrafiyası üzərində işləyir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »