Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Qəbələyə çəkilən dəmir yolu kənd təsərrüfatının inkişafına təkan verəcək
Ekspert: Qəbələyə çəkilən dəmir yolu kənd təsərrüfatının inkişafına təkan verəcək

Dünya Bankının hazırladığı yeni tədqiqatda Azərbaycanda aqrar sektorda işçi qüvvəsinin 36 faizi cəmləşdiyi deyilir, amma bu sektor ÜDM-nin cəmi 7 faizini istehsal edir.

Səbəb kənd təsərrüfatı məhsullarımızın pul ifadəsində yüksək dəyər ifadə edə bilməməsidir. Mütləq müasir tələblərə uyğun emal sənaye müəssisələri yaradılmalıdır. Təsəvvür edin ki, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycan dünyanın 153 ölkəsi ilə ticarət həyata keçirib. Bunlardan 144 ölkədən idxal məhsul idxal etsək də, 89 ölkəyə ixracımız olub.

İxrac edilən dəyəri artırmaq üçün iməhsul xammal kimi, primitiv əmtəə kimi deyil, bir başa istehlaka yararlı emal sənayesinin son məhsulu olaraq ixrac edilməlidir. Amma kənd təsərrüfatında əksəriyyət təşkil edən ailə təsərrüfatları isə rəqabətə davamlı emal məhsulu yaratmaq gücündə deyil. Buna görə regionlar üzrə prioritet sahə olaraq emal sahələri yaradılmalıdır. Bu yolla regionlarda dirçəlişə nail olmaq, paytaxtla regionlar arasındakı kəskin fərqi azaltmaq və paytaxta axının qarşısını almaq mümkündür.

Qarabağda quruculuq işlərinin başlanması ilə əlaqədar, böyük maliyyə vəsaitləri tələb olunur.

Bunu qarşılamaq üçün isə ölkənin İqtisadi inkişaflna start verilməlidir. Qeyri- neft sektoru uçun əsas prioritet kənd təsərrüfatı olduğu üçün, emal sənayesinin inkişafı da ən vacib məsələdir

İqtisadçı ekspert Samirə Kazımova hesab edir ki, kənd təsərrüfatı məhsullarını birbaşa tarladan satışa çıxarmaqla (ixracla) böyük irəliləyiş əldə etmək imkansızdır.

Samirə Kazımova Samirə Kazımova

“Kənd təsərrüfatı məhsulları müxtəlif emal proseslərindən keçərək yeni sənaye məhsulu kimi xaricə ixrac edilməlidir. Bu qida sənaye məhsulları da ola bilər, digər yüngül sənaye məhsulları da. Buna görə də rayonlarımızda mütləq emal sənaye müəssisələri yaradılmalıdır. Qəbələ dəmiryol stansiyasının açılması emal sənaye sahələrinin bölgələrdə yaradılması üçün çox ciddi təkan ola bilər. Qəbələ respublikanın ən öndə olan rayonlarından biridir. Rekreasiya və turizm imkanları orda, meyvəçilik orda, bitkiçilik orda və s. Ətraf rayonlar da kifayət qədər potensial vardır. Ləkidən ora çəkilmiş təxminən 40 km-lik dəmir yolu xətti imkan verir ki, bu stansiyanın yaxın coğrafiyasında böyük emal müəssisələri şəhərciyi salınsın”,-  deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə bu dəmir yolu xətti xammal təminatı, həm emal olunmuş məhsulun daşınması üçün geniş fürsətlər yaradacaq. Eyni zamanda bu xətt daxili turizmin inkişafına da töhfələr verəcək.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »