Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…

Bir çoxlarımızın diam istifadə etdiyimiz “Valerian” dərman preparatı “qeybə çəkilib”. Belə ki, əvvəllər çoxları üçün ucuz və əlçatan olan bu dərman vasitəsini tapmaq artıq müşkülə çönüb.

Dərman vasitəsini apteklərdə tapa bilməyən vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar edərək etirazlarını bildirməyə başlayıblar. Paylaşım edənlər arasında hətta dekabr ayından bəri bu dərman vasitəsini tapmıram deyən də var, işbazlar bahalı dərman vasitələri satılsın deyə bu dərmanı aradan çıxardıblar deyənlərdə. Əczaçılar isə bildirirlər ki, gün ərzində 10-15 vətəndaş müraciət etməsinə, tələbatın çox olmasına baxmayaraq bu dərman preparatı apteklərə gətirilmir. Hansısa aptekə gətirildikdə isə bu preparatın bir şüşəsi alıcılara 34 qəpiyə təklif olunur.

“Həqiqətən belə bir problem var. Ölkəyə “Valerian” preparatı gəlmir. Gəlirsə də, çox qısıdlı, limitli şəkildə gəlir. Apteklərə maksimum 5 ədəd bu dərman preparatından buraxa bilirlər”.

Bu fikirləri həkim-farmakoloq Müşfiq Hüseynov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ölkənin təlabatı ödənmir və bu səbəbdən də digər şirkətlərin eyni tərkibli məhsulları baha qiymətə satılır

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Çünki bu, şirkətin şəxsi malıdır və hansı qiymətə istəsə, o qiymətə də satır. Hər bir dərmanın qeydiyyat vəsiqəsi var və yalnız bir şirkət bu dərmanı gətirə bilər. Bilinməlidir ki, “Valerian” dərman preparatının qeydiyyatı hansı şirkətə məxsusdur. Bununla bağlı həmin şirkət açıqlama verməldir ki, problem nədədir? Ölkənin bu dərmanla bağlı təminatını öz üzərinə götürübsə, niyə buna əməl etmir? Səbəb fabrikdir, yoxsa Azərbaycandakı hansısa qurum?”

Bu suallara cavab tapmaq üçün ilk olaraq Səhiyyə Naziliyinin Mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyevlə əlaqə saxladıq. O, açıqlaması zamanı bildirdi ki, apteklərin dərman təminatı Səhiyyə Nazirliyinin tabeliyində deyil və dərman vasitələrini ölkəyə gətirənlər özəl şirkətlərdir.

Yaranmış problemlə bağlı apteklərin əsas dərman təminatçısı “Zeytun Pharmaceuticals” və” Avromed” şirkətlərinin ilə əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik.

Xatırladaq ki, “Valerian” qıtlığı ilə bağlı oxşar vəziyyət bundan əvvəl də bir neçə dəfə yaşanıb. Sonuncu dəfə bu ilin fevral ayında apteklərdə “Valerian” tapılmırdı. O zaman bu preparatın tapılmamasını dərmanın istifadə müddətinin başa çatması ilə əlaqələndirdilər.

Leyla Mirzə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »