Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN sözçüsü: "Krım tatar türklərinin yanındayıq"
Türkiyə XİN sözçüsü: "Krım tatar türklərinin yanındayıq"

“Ana vətənlərindən güclə sürgünə göndərilən Krım tatar türkləri və qardaş Qafqaz xalqlarının ağrı-acılarına şərik oluruq”.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic bildirib.

“1944-cü ilin mayın 18-də gecə saatlarında 250 min Krım tatar türkü soydaşımızın insanlıqdan uzaq şərtlər daxilində ana vətənlərindən sürgün ediliblər. Bu dəhşətli hadisədə Krım tatar türklərinin böyük qismi həyatlarını itirib, sağ qalanlar isə vətən həsrəti ilə yaşamağa məcbur ediliblər. Sürgündən 77 il sonra Krımın qanunsuz ilhaqından yaranan çətinliklər davam edir. Türkiyə onların milli kimliklərinin qorunması, rifahlarının təmin edilməsi üçün soydaşlarının yanında olacaq”, - XİN rəsmisi vurğulayıb.

O, mayın 21-nin Türkiyədə “Çerkez günü” olaraq qeyd edildiyini xatırladıb: “Çerkez sürgünü”nün 157-ci ildönümünü də yad edirk”.

Son xəbərlər
Bütün xəbərlər »