Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ordumuz anti-terror əməliyyatları ilə bağlı təlimləri davam edir
Ordumuz anti-terror əməliyyatları ilə bağlı təlimləri davam edir

Azərbaycan Ordusunun təlimləri davam edir.

Bizimyol.info xəbər verir ki, Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Son xəbərlər
Bütün xəbərlər »