Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır

Gürcüstanın Dmanisi (Başkeçid) rayonunda baş verən son qarşıdurmanın vaxtında qarşısı alındı və mübahisə tərəfləri arasında barışıq əldə olundu. Tərəflər bir-birini bağışlayıb, barışıq rəmzi olaraq əl sıxıblar. Gərginliyin aradan qalxması üçün din xadimləri, dövlət rəsmiləri və Dmanisi ağsaqqalları vasitəçilik ediblər.

Vaxtında tədbir alınmasaydı, bu incident xoş sonluqla bitməyə də bilərdi. Çünki svanları qızışdıran qüvvələrin hədəfləri başqa idi. Əslində təhlükə tam sovuşubmu, bilmək olmaz. Ayıq-sayıq dayanmaqda fayda var. Qarabağ zəfərimizdən sonra bizə dəyən zərbələr artıq birbaşa deyil, dolayı yolladır.

İranla sərhəddə atışma, Gürcüstanda olanlar, taciklərin qırğızlara hücumu, hətta bir az da uzağa getsək, İsrail-Fələstin münaqişəsinin alovlanması ilə Türkiyənin diqqətinin o bölgəyə yönəlməsi, İsraillə yenicə mülayimləşən münasibətlərin gərginləşməsi əslində Qarabağda itirilənlərin, Zəngəzurun nəticələridir.

Yəqin çoxları xatırlayır, bir zamanlar İranın Zəngızur "qırmızı xəttimizdir” deməsini. İranla Ermənistanı bağlayn nəqliyyat-kommunikasiya xətləri oradan keçir. Ancaq əsas səbəb bu da deyil; ABŞ və Avropa Türkiyə vasitəsilə buradan keçib Mərkəzi Asiyaya çıxmağa çalışır. Rusiya və İran o üzdən Tacikistanı Qırğızıstanın üzərinə sürdü. İran, Tacikistan və Əfqanıstanın birlikdə olduğu Farsdilli Dövlətlərin təşkilatı var. Yəqin heç kimə sirr deyil ki, Azərbaycan Türkiyə ilə necə yaxındırsa, Tacikistan, Hindistan, Ermənistan və İran da elə qan qohumudur. Üstəlik, Tacikistan Rusiyanın Mərkəzi Asiyadakı Ermənistanıdır. Orada hansı dövlətə güc tətbiq etmək istəsə, Tacikistanın adından çətir kimi istifadə edəcək. Cənubi Qafqazda və Mərkəzi Asiyada Rusiyanın çətir dövlətləri Ermənistan və Tacikistandır. Ukraynaya qarş əlində belə bir aləti olmadığına görə dalana dirənmiş vəziyyətdə qaldı.

Bu arada Gürcüstanda ən güclü kəşfiyyat işi aparan iki dövlət varsa, biri İrandır. Rusiya, Almaniya, İsrail, ABŞ, Britaniya, Türkiyə, Fransa kəşfiyyatları ilə yarışır. Azərbaycanlılar arasında daha böyük təsir qüvvəsinə malikdir.

ABŞ-ı, Türkiyəni Mərkəzi Asiyaya buraxmamaq üçün Rusiya bölgəni lazım bilsə, qarışdıracaq. Yollar bizdən keçdiyinə, Qarabağ böyük oyunların savaş meydanı olduğuna görə isə bizim üçün təhlükə sovuşmayıb. Rusiya və İranın, o cümlədən bölgədə marağı olan bütün güclərin qəzəbi qaynar lava kimi yer altından axmaqdadır. İstənilən an istənilən formada qaynayıb püskürə, çatlaq verə bilər.

Sadə xalq sağdan dəyən şapalağın əslində soldan gəldiyini anlamalıdır. Küyə getmək özünə və dövlətə ziyan verməkdən başqa bir şey deyil. Hər mənada güclü dayanmalıyıq. Dövlət başçısı İlham Əliyev bu anlamda uzaqgörənlik, siyasi iradə və səbr nümayiş etdirərək cığırından çıxmış hadisələri öz yoluna qoymağı bacarıb. Bundan sonra da belə olacağına əminəm. Bizə düşən yollarda qoyulan tələlərin üzərinə atılmamaqla dövlətimizə dəstək verməkdir.

Yenə qeyd etməkdə fayda var ki, bu son olmaya bilər. Savaşlar masa üzərində və gizli qapılar arxasında davam edir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »