Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquqşünas 4 uşağa görə Abşeron icra başçısının işdən çıxarılmasını tələb etdi - Foto, Video
Hüquqşünas 4 uşağa görə Abşeron icra başçısının işdən çıxarılmasını tələb etdi - Foto, Video

Bu uşaqların şəklini sosial şəbəkədə hüquqşünas, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə paylaşıb.

Böyüyün 5, balacanın 1 yaşı olan 4 körpə uşaq ana-ata nəzarətindən uzaqda tək böyüyür. Xırdalanda “Bombey” deyilən məhəllədə zibilliklər içərisində yaşayırlar. Analarının narkoman olduğu bildirilir.

Kəmalə Ağazadə Kəmalə Ağazadə

Kəmalə Ağazadə bildirib ki, əgər Abşeron rayonunun ira başçısı İradə Gülməmmədova vəziyyəti düzəltmək üçün vaxtında tədbir görməsə, vəzifəsi ilə vidalaşmalı olacaq. Hər bir halda ərazinin sahə müvəkkili, icra nümayəndələri, bələdiyyə üzvləri bu insanlıq dramını görb susmamalıydılar. Kəmalə Ağazadə uşaqları öz himayəsinə alacağını və kömək edəcəyini bildirib.

Abşeronda sahibsiz qalmış uşaqlar

Mövzuyla əlaqədar əlavə məlumat verəcəyik.

Son xəbərlər
Bütün xəbərlər »