Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son sutka ərzində dünyada koronavirusla bağlı ÜST-ün məlumatı
Son sutka ərzində dünyada koronavirusla bağlı ÜST-ün məlumatı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 589 mindən çox artıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində 589 min 677 nəfər yeni koronavirusa yoluxub, 11 min 127 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 162 milyon 773 min 940, ölənlərin isə 3 milyon 375 min 573 nəfərə çatıb.

Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər
Bütün xəbərlər »