Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir
4_640x496

Mayın 17-də Ümumdünya Gömrük Təşkilatının Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” sahəsində təcrübə mübadiləsi mövzusunda seminarı başlayıb.

Bizimyol.info Onlayn seminarın açılış mərasimində ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT-nin Avropa Regionu üzrə sədr müavini qismində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev iştirak ediblər.

ÜGT-nin Baş katibi Kunio Mikuriya dünyada baş verən texnoloji yeniliklərin gömrük sistemində də geniş tətbiq edildiyini bildirib, “köklü dəyişmə yaradan texnologiyalar”ın gömrük işinin daha sürətli və daha asan şəkildə reallaşdırılmasında əhəmiyyətindən bəhs edib. Baş katib vurğulayıb ki, süni intellekt və blokçeyn texnologiyalarının imkanlarından beynəlxalq ticarətdə geniş istifadə olunmalıdır və bu, gömrük işinin səmərəliliyinin artırılmasına təsir göstərəcək.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev texnoloji inkişafın, rəqəmsallaşmanın sosial və iqtisadi sahədə yeni dövr yaratdığını, süni intellekt, robotlar, əşyaların interneti, nano və biotexnologiyaların həyatın bütün sferalarına siraət etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, ötən əsrin sonlarında meydana çıxan “köklü dəyişmə yaradan texnologiyalar” konsepsiyası texnologiyanın iqtisadiyyatda konstruktiv təsirləri ilə yanaşı, “dağıdıcı” təsirlərini də aktuallaşdırıb. Bu proses ölkələr səviyyəsində bütün tarazlıqların dəyişməsinə, rəqabət şərtlərinin yenidən formalaşmasına səbəb olub.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda əsasi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasətin əsas hədəflərindən biri də dövlət idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılması məqsədilə müasir texnologiyaların tətbiqinə və istifadəsinə xüsusi önəm verilməsidir. Gömrük orqanlarının da bu istiqamətdə xüsusi konsepsiya reallaşdırdığını diqqətə çatdıran Səfər Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi ticarətin rəqəmsallaşdırılması üzrə səylərini daha da artıraraq müasir texnologiyaların tətbiqi hesabına modern sərhəd idarəçiliyi sahəsində bir çox uğurlar əldə edib.

Səfər Mehdiyev son illər Azərbaycan gömrük xidmətinin beynəlxalq ticarət əməliyyatlarında gömrük rəsmiləşdirilməsinin risk qiymətləndirilməsi əsasında daha çevik və şəffaf həyata keçirilməsi, idxal-ixrac prosedurları üzrə gömrük nəzarəti formalarının daha da optimallaşdırılması, tranzit daşımaları zamanı sənədləşmənin sadələşdirilməsi, elektron ticarətə əlverişli şəraitin yaradılması və xidmət səviyyəsinin yüksəldilməsinə yönəlmiş bir sıra önəmli layihələri barədə də məlumat verib.

Qeyd olunub ki, “Yaşıl dəhliz” və “Smart customs” layihələri, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma, ÜGT-nin Yük Hədəfləmə Sisteminin Azərbaycan gömrük xidmətində tətbiqi ilə bağlı görülən işlər, beynəlxalq ticarət və tranzitin inkişafını dəstəkləyən bir sıra layihələr bu sahədə uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.

Səfər Mehdiyev bu seminarın gömrük sistemində yeni texnologiyaların tətbiqinin potensial faydalarının öyrənilməsi, bu sahədə son nailiyyətlər və texnoloji yeniliklər barədə səmərəli fikir mübadiləsi aparılması, qabaqcıl təcrübələrin paylaşılması və əlaqələrin daha da möhkəmləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib.

Seminar üç gün davam edəcək.

Tədbir zamanı müasir texnologiyaların, rəqəmsallaşmanın, süni intellektin gömrük sistemində tətbiqinə dair təqdimatlar keçiriləcək, “köklü dəyişmə yaradan texnologiyalar”, blokçeyn texnologiyalarına inamın gücləndirilməsi, gömrük və sərhəd idarəçiliyi tələblərinin digər sektorlarda mövcud qərarlarla qarşılaşdırılması və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Bizimyol.info

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »