Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dmanisidə tərəflər razılığa gəldi - Video
Dmanisidə tərəflər razılığa gəldi - Video

Gürcüstanın Dmanisi şəhərində azərbaycanlılarla svanlar arasında yenidən qarşıdurma baş verib.

“Qafqazinfo” xəbər verir ki, tərəflər polis səddini yarmağa çalışıblar.

Bir qədər sonra isə Gürcüstan parlamentinin regional siyasət və özünüidarə komitəsinin sədri Sozar Subari Dmanisidəki qarşı tərəflərin nümayəndələrinin razılığa gəldiklərini bildirib.

Qeyd edək ki, arşıdurmalar ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlı ailəyə məxsus “Ömər” marketə kütləvi hücumdan sonra başlayıb.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri qanunvericiliyi pozan və saxlanılan şəxslərin ciddi cəzalandırılacaqlarını deyib. Onun sözlərinə görə, faktla bağlı araşdırmalara başlanılıb və müvafiq tədbirlər görülür.

Xatırladaq ki, insidentlə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »