Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN: Şərtlərimiz qəbul edilənədək nüvə razılaşmasına dair əlavə heç bir sənəd imzalana bilməz
İran XİN: Şərtlərimiz qəbul edilənədək nüvə razılaşmasına dair əlavə heç bir sənəd imzalana bilməz

“Şərtlərimiz qəbul edilənədək nüvə razılaşmasının icrası üzrə əlavə heç bir sənəd imzalana bilməz”.

APA-nın TASS-a istinadən məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə Vyanadakı danışıqlardan gözləntilərini açıqlayarkən bildirib. O deyib ki, hazırda Vyanada nüvə razılaşması üzrə şərtlərin yerinə yetirilməsinin mexanizmi üzərində ayrı-ayrılıqda üç işçi qrupu çalışır: “Həmin qruplarda fikir ayrılıqlarına səbəb olan məsələlərin əsas hissəsi dövri olaraq müzakirə olunub, bəzi məsələlər siyasi qərarlar tələb edir”.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ölkəsinin nüvə sənədi üzrə öhdəliklərin icrasını bərpa etmək niyyətini dəfələrlə açıqlayıb. Bundan sonra İran Prezidenti Həsən Ruhani fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində bunun üçün rəsmi Vaşinqtonun ölkəsinə tətbiq etdiyi sanksiyaları aradan götürməli olduğunun siqnalını verib.

Hazırda Avstriyanın paytaxtı Vyanada ABŞ və İranın nüvə razılaşmasına geri qayıtması üzrə danışıqlar aparılır.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə razılaşması 2015-ci ildə imzalanıb. Lakin Donald Tramp ABŞ Prezidenti olan zaman ölkəsinin razılaşmadan çəkildiyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »