Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”

“Bu gün Ermənistanda Azərbaycanpərəst fəaliyyət göstərən qüvvələr var".

"İstənilən hərbi-siyasi müqavimət, hər hansı bir mübarizə informasiya mübarizəsi ilə müşayiət olunur. İndi mənə aydın olur ki, Ermənistanda Azərbaycanın informasiya mübarizəsinin agentləri var".

Bunu Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, hətta onların adlarını və soyadlarını da çəkmək olar.

“Məhz bu insanlar 2020-ci ildə Azərbaycanı hərbi əməliyyatlara başlamağa çağırış etdilər və bunun ardınca hərbi əməliyyatlarda uğur qazanmaq üçün cəbhədəki zəif nöqtələrin yerini göstərdilər. İndi də Ermənistanda Azərbaycanın təbliğat tezislərini yaymaqla əslində siyasi mübarizədə Azərbaycanın danışıqlar prosesində daha əlverişli mövqe seçmələrinə yardım edirlər”, - Paşinyan qeyd edib.

Paşinyan eyni zamanda onu da bildirib ki, “Zəngəzur dəhlizi” ilə bağlı məsələsində də müəyyən dairələrin Azərbaycanın informasiya mübarizəsinin agentləri kimi çıxş edirlər: “Bütün bunlar təsadüfi ola bilməz”.(ölkə.az)

Son xəbərlər
Bütün xəbərlər »