Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək

Lavrovun Ermənistana səfərindən Ermənistan çox şey gözləyirdi. Hesab edirdilər ki, Lavrov onların istədikləri hər şeyi verməyə gəlir.

Amma Lavrov həm onları onları məyus elədi, həm də özünü. O qeyd etdi ki, məsələləri siyasiləşdirməyə ehtiyac yoxdur, 10 noyabr bəyannaməsinin bəndlrinə əməl edilməlidir. Qalan söhbətlər barədə geniş açıqlama verilmədi.

Gülşən Paşayeva Gülşən Paşayeva

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, beynəlxalq münasibətlər, konfliktologiya üzrə mütəxəssis Gülşən Paşayeva bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, Lavrovun Ermənistan və Azərbaycana səfərləri ikitərəfli və çoxtərəfli mesajlar üzərində qurulmuşdu: “Lavrov qeyd etdi ki, Azərbaycanla Rusiya arasında problemlər yox, açıq suallar var. Suallar isə daha asanlıqla müzakirə olunaraq öz həllini tapa bilir”.

Paşayeva bildirib ki, Rusiya özü də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bu istiqamətdə tərəflər arasında artıq 6 görüş keçirilib. Burada həmçinin Rusiya, Türkiyə və İranın da maraqları var. Gələn həftə baş nazir Əli Əsədovun Rusiyaya səfəri olacaq. Yəqin ki, bu səfərin də öz müsbət nəticələri olacaq.

Politoloq Fərhad Məmmədov da hesab edir ki, Lavrovun bu dəfəki səfəri Ermənistanı məyusluğa uğratdı.

Fərhad Məmmədov Fərhad Məmmədov

“Paşinyanın Moskva səfəri və Putinlə danışıqları, Putinin Əliyevə zəngi, Muradovun İrəvana əsirlərlə yox, boş qayıdan təyyarəsindən sonra münasibətlərdə müəyyən pauza yaranmışdı. Bu pauza dönəmində Rusiya ictimai rəydə həm Azərbaycanda, həm də Ermənistanda itirdi. Ermənistanı onsuz da proqnozlaşdrmaq mümkün deyil. Seçki öncəsi Qərbyönümlü qüvvələr orda çox fəallaşdı və Rusiyanın onlara demək olar ki, gücü çatmır.

Lavrovun səfərlərinin əsas mesajı ondan ibarət oldu ki, sülh yolu alternativsizdir və revanşizmə gedən qüvvələr bundan sonra Rusiyaya qarşı gedən qüvvələr sayılacaq, Ermənistan üçün bu çərçivə cızıldı. Rusiyayönümlü qüvvələr artıq revanşdan o qədər də ürəklə danışmayıb sarsaq bəyənatlarla kifayələnirlər. Postkonflikt dövrünü dərinləşdirməyin də yolu nəqliyyat dəhlizlərinin açılmasından keçir. Bu Rusiyanın Cənubi Qafqaz siyasəti üçün vacibdir. 2008-ci ildə Gürcüstanı demək olar ki, tamamilə itirdi. Digər tərəfdən Avrasiyada nəqliyyat dəhlizləri mövzusu aktuallaşıb. İran üzərindən sanksiyalar götürülmə ərəfəsindədir və İranla Avropanın ticarət əlaqlərinin genişləndirilməsi üzərində iş gedir. Rusiya Cənubi Qafqazda hərbdən başqa formada öz mövcudluğunu təmin edə bilməyib, yumşaq gücü yoxdur. Rusiya yaxşı anlayır ki, sərhədlər açılanda Türkiyə kimi yumşaq güc ustası böyük şirkətlərlə, hərbi güclə yox, elə kiçik lokantalarla, turizm və sairlə iqtisadiyyatın iliyinə daxil olacaq, üstəlik, Ermənistanı tam dəyişə bilər. Ona görə Rusiya Zəngəzur dəhlizinin açılmasına can atır ki, hərbi mövcudiyyətlə yanaş, yumşaq güc tətbiq etməklə də Cənubi Qafqazda boy göstərə bilsin”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »