Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Qafqazdakı yeni proseslər Bakı - Moskva dialoqundan asılıdır
Cənubi Qafqazdakı yeni proseslər Bakı - Moskva dialoqundan asılıdır

Qaragöllə bağlı məsələdə Azərbaycan hədəflərinə çatacaq. Paşinyan dar çərçivəyə salınıb.

Hələlik isə, bu mövzunun mümkün variantlarını təhlil edək.

Qaragöldə baş verənlər Üçtərəfli Bəyanatın bəndlərinin reallaşmasını surətləndirməklə yanaşı Azərbaycanın həmin Bəyanatda yer alan və almayan hədəflərinin yerinə yetirilməsi üçün mühüm və düşünülmüş addım oldu. Mən bölgənin həm hüquqi, həm tarixi baxımdan kimin olmasını mətn uzanmasın deyə qoyuram kənara. Onsuz da bəllidir ki, söhbət Azərbaycan ərazisindən gedir.

Ermənistanın öz ərazisi hesab etdiyi gölə və ətrafına daxil olmağımız fonunda İrəvanın 3 seçim yolu var idi.

Birincisi, hərbçilərlə cavab. Göründüyü kimi dağılmış erməni ordusu bunu etmədi.

İkincisi və üçüncüsü isə, SSR zamanındakı xəritələrlə delimitasiya prosesi.

Paşinyan xəritələrlə bağlı delimitasiya məsələsində ya SSR zamanı dərc edilmiş xəritələri mənasız sayaraq Qaragölün Ermənistan olduğunu israr edərsə - ordumuz mövqelərində qalaraq Sisian və Gorus istiqamətində, M2 avtomagistralını hədəfə alaraq strateji mövqe üstünlüyü əldə edə, Qaragölün su ehtiyatından Ermənistanı mərhum edə bilər.

Ya da, Ermənistan xəritələrlə delimitasiyaya razılaşaraq - Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarır. Eyni zamanda, Şuşaya gediş - gəlişin asanlaşdırılması üçün yolüstündəki bəzi kəndlərdən sülhməramlılar geri çəkilir.

Qaragöl, həm də, onu göstərdi ki, Demokratlar Qarabağ məsələsinə Azərbaycan - Ermənistan prizmasından daha çox ABŞ - Rusiya geosiyasi qarşıdurması çərçivəsində baxır və Nikola seçkiqabağı dəstək verirlər.

Bu hadisə eyni zamanda onu göstərdi ki, Cənubi Qafqazdakı yeni proseslər birbaşa Bakı - Moskva dialoqundan asılıdır.

Zaur Məmmədov Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov
Son xəbərlər
Bütün xəbərlər »