Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
“Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”

Koronavirusa yoluxub sağalan şəxslərin bir qismi güclü halsızlıq, zəiflik, süstlük kimi halların davam etməsindən şikayətlənirlər. Bu kimi halları aradan qaldırmaq üçün həkimlərə müraciətlər edir və hansı dərman vasitələrindən istifadə edə biləcəkləri ilə maraqlanırlar.

Həkim Şahid Məmmədov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, coviddən sonra halsızlığın olması təbiidir. Onun sözlərinə görə, vətəndaşlar bunun aradan qaldırlması üçün dərman yazan həkimlərə inanmamalıdırlar.

Şahid Məmmədov Şahid Məmmədov

“Orqanizm təzəcə “müharibə”dən çıxıb, enerji resursları tükənib. Həm də covid virusunun skelet əzələlərinə birbaşa təsiri olur. Çünki ACE2 reseptorları əzələlərdə də var. Bir müddət ağrikəsicilərə tabe olmayan əzələ ağrıları yorğunluğu, əzginliyi, halsızlığı daha da artırır.

İnsanlar təkcə fiziki yox zehinsəl olaraq da yorğun olurlar. Çünkü covid bütün orqanizm üçün stress törədir.

Bu cür şikayətləri olan şəxslərə bildirmək istərdim ki, bu müvəqiqətidir. 3-4 həftəyə keçəcək. Buna görə hansısa dərman içmək lazım deyil. Sadəcə enerjiyə qənaət rejiminə keçərək çoxlu dincəlin. Bədənin bərpa olunması özü enerji tələb edən proses olduğunu unutmayın. Çox ehtiyyatla fiziki məşqlərə başlayın. Məsələn, əgər sizə çətin deyilsə, 1-ci həftə hər gün 5 dəqiqə yeriyin. 2-ci həftə 10 dəqiqə, 3-cü həftə 15 dəqiqə, 4-cü həftə isə gəzintini 20 dəqiqəyə çatdırın. Musiqilərə qulaq asın, sevimli məşğuliyyətinizə vaxt ayırın. Stressin törətdiyi psixoloji problemlər, yaddaş zəifliyi və kəskin ümumi zəiflik tədricən öz özünə və dərmansız keçəcək”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »