Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AFFA Samir Abasovun məsələsinə yenidən baxdı
Samir Abasov

AFFA İntizam Komitəsi "Neftçi"nin baş məşqçisi Samir Abasovla bağlı qəbul edilən qərara yenidən baxıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisə mayın 17-də verilmiş cəza qüvvədə qalıb.

Qeyd edək ki, Samir Abasov "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəbindən iki oyunluq cəzalanıb. Klub isə 4000 manat cərimələnib.

Abasov bu səbəbdən mayın 3-də səfərdə "Keşlə" (3:0), mayın 8-də isə "Səbail" (4:0) komandası ilə matçları buraxıb.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »