Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıb

Dövlət sərhədinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, son günlərdə Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 18 kiloqram 353 qram narkotik vasitənin və 19 754 ədəd güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Keçirilmiş tədbirlər nəticəsində 5 nəfər saxlanılmış, onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq hərəkəti davam etdirilir.

Hazırda cinayət halları üzrə digər əlaqədar şəxslərin axtarışı və müəyyənləş­dirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »