Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əyani tədrisdə nəyi dəyişməliyik: Siniflərdə internet, proyektor, kompüter...
Əyani tədrisdə nəyi dəyişməliyik: Siniflərdə internet, proyektor, kompüter...
Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant formaya keçirilmişdi.

Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, bu gündən etibarən həmin ərazilərdə yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa edilib. Dərslər (V-IX siniflərdə) həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Tədris ilinin sonuna çox az müddət qalmış əyani formaya keçid vacib idimi? Distant, yoxsa əyani tədris forması daha effektivdir? Əyani tədris formasında hansı dəyişikliklər edilməlidir?

“Dərslər yeni mövsümdən bərpa edilsəydi, daha yaxşı olardı. Yay dönəmində də məktəbləri daha təkmil formada hazırlaya bilərdik”. Bu fikirləri təhsil eksperti Qoşqar Məhərrəmov Bizimyol.info-ya bildirib.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

Onun sözlərinə görə, online təhsildən ənənəvi dərsə keçərkən oradan buraya nəsə gətirməliyik: “Qeyd olunur ki, bütün lazımi məmulatlar hazırlanaraq məktəblərə göndərilib, amma burada sadəcə, hərarəti ölçən cihaz və spirtlərdən bəhs edilir. Bu, müəyyən dünya standartlarına görə olmalıdır. Məktəbdə təhlükəsizlik mühitinin bərpası ilə əlaqədar beynəlxalq standartlar var. Həmin standartların Azərbaycan sisteminə adaptasiya olunmalı, məktəblər manitorinqdən keçməli, həmin standartlara cavab verəcək vəziyyətə gətirilməlidir. Amma bu qısa müddətdə olacaq məsələ deyil”.

Təhsil ekspertinin sözlərinə görə, online dərslər fərddən-fərdə, ailədən-ailəyə dəyişir: “Çünki online dərslərin keyfiyyətində bir çox amillər var. Müəllimin və şagirdin internet, İKT biliyi, şagirdin valideynin yanında olub-olmamağı, motivasiyası və s. bir çox başqa amillər online dərsin keyfiyyətinə təsir edir. Ona görə də, bir qisim şagirdlər online dərsdən yararlandılar. Onlar üçün ənənəvi dərslə online dərsin heç bir fərqi olmadı. Hətta həmin şagirdlər zaman qazandılar. Onlar üçün bir fürsət oldu. Amma üzülərək bunu deməliyəm ki, bir çox şagirdlər üçün internet əlyetənliyinin olmaması, müəllimin kompüter biliklərinin zəif olması, materialı ötürə, ekran paylaşımını edə bilməməsi, şagirdin və yaxud özünün daxili motivasiyasının zəifliyi nəticəsində online dərs əvvəlki dərsin 20 faizini bərpa etməyə çalışır. Online dərs şəhərlərdə özünü doğruldur, lakin regionlarda bu belə deyil. İnternet sürətinin zəifliyi və İKT alətləri həqiqətən də burada böyük rol oynayır. Hər bir bəla və müsibət bizə bir dərsdir. Artıq bütün siniflərdə internet, proyektor, kompüter olmalıdır”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »