Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kərki və Yuxarı Əskipara da Azərbaycana qaytarılmalıdır”
“Kərki və Yuxarı Əskipara da Azərbaycana qaytarılmalıdır”
“Sovet dövründə Azərbaycan Ermənistan sərhədi dəfələrlə dəyişilib. Təssüflər olsun ki, bu bizim xeyrimizə dəyişdirilməyib”.

Bu fikirləri politoloq İlqar Vəlizadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, vaxtı ilə erməni lobbisi, Kremldə oturan siyasi xadimləri müxtəlif yollarla Azərbaycanın ərazisinin bir parçasını qopardaraq Ermənistana çalayıblar.

İlqar Vəlizadə İlqar Vəlizadə

“Dəfələrlə bu sərhəd dəyişilib. Təssüflər olsun ki, bu sərhəd hər dəfə dəyişildikdə müəyyən problemlər əmələ gəlir. Həmin problemlər ondan ibarətdir ki, regionda müxtəlif eksklablar əmələ gəlir. Eksklav o ərazidir ki, 4 tərəfdən digər ölkənin əhatəsindədir. Ən azı 2 eksklav Kərki və Yuxarı Əskipara hələ də işğal altındadır. Bu eksklavların ümumi ərazisi Ermənistan tərəfinin iddiasına görə, mübahisəli ərazilərdən qat-qat çoxdur.

Ermənistan bu eksklavları Azərbayacana təhvil verməkdən boyun qaçırır və diqqəti yayındırmaqla məşğuldur. Müxtəlif təxribatlar törədir ki, beynəlxalq ictimaiyyətin diqqəti bu istiqamətə yönəlsin və eksklavlar problemi yaddan çıxsın. Çünki tədricən demarkasiya prosesi ardıcıllıqla gedərsə, bu eksklavlar da Azərbaycana qayıtmalıdır. Onlar isə bunu istəmirlər və zəncirvari olaraq təxribatlar həyata keçirdirlər.

Bu məsələlərdə bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanın üç peyki var. Biz peyk vasitəsilə naviqatordan istifadə edərək, sərhədlərin dəqiq yerdən keçməsini təmin edə bilərik. Bu prosesə heç kim müdaxilə edə bilməz. Hətta kimsə irad bildirərsə, həmin peyklərdən çəkilən xəritələri təqdim edə bilərik.

Politoloqun sözlərinə görə, Ermənistanı dəstəkləyən maraqlı tərəflər var və onlar bu prosesə müdaxilə etmək niyyətindədirlər.

“Rusiya üçtərəfli sazişin qarantı qismində çıxış edir və çalışır ki, bu prosesə kənar dövlət müdaxilə etməsin. Digər tərəfdən isə Rusiyanın marağı ondan ibarətdir ki, o, digər ölkələrə göstərmək istəyir ki, onun moderatorluğu effektivdir və öz öhdəsinə düşən məsələni layiqincə yerinə yetirir. Rusiya maraqlıdır ki, bu məsələni tezliklə çözsün və moderatorluq “xallarını” özünə götürə bilsin. Ermənistan isə digər qüvvələri, xüsusilə də Fransanı oyuna çəkmək istəyir. Sanki bununla Rusiyaya işarə etmək istəyir ki, əgər sən bizim tərəfimizdən məsələyə qarışmasan, biz digər ölkələrə müraciət edə bilərik”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »