Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş müstəntiqi ölümlə hədələyən şəxs polisə aparılıb
Keçmiş müstəntiqi ölümlə hədələyən şəxs polisə aparılıb

Rüfət Səfərovu ölümlə hədələyən şəxs polisə aparılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Zərdab Rayon Prokurorluğunun sabiq əməkdaşı R.Səfərov öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, qeyd edib ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov ona zəng edib:

“Bildirildi ki, əvvəllər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilərək məhkum olunmuş vətəndaş Nasir Əsgərov tərəfindən ölümlə hədələnməyim barədə müraciətim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Vətəndaş Nasir Əsgərovun olduğu yer müəyyən edilərək polisə gətirilib, izahatı alınıb, hazırda araşdırma aparılır.

Ehsan Zahidov təhlükəsizliyimə tam təminat verlidiyini bildirdi.

Ümid edirəm ki, qanunamüvafiq qaydada məsuliyyət tədbirləri görülər, bir daha bu kimi hüquqazidd davranışlarla qarşılaşmaram”.

Son xəbərlər
Bütün xəbərlər »