Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydendən İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlama
Baydendən İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlama

Birləşmiş Ştatlar hakimiyyəti Yaxın Şərq münaqişəsinin nizama salınması üçün regionda İsraillə, Fələstinlə və öz partnyorlarıyla danışıqlar aparılmasını davam etdirəcək.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

"Mənim administrasiyam sabitlik dövrünə nail olunması üçün fələstinlilərlə, israillilərlə və başqa regional partnyorlarla qarşılıqlı əməkdaşlığı davam etdirmək niyyətindədir", - deyə dövlət başçısı qeyd edib.

O, vurğulayıb ki, İsrail və Fələstin sakinləri eyni dərəcədə təhlükəsizlik və mühafizə şəraitində yaşamağa layiqdirlər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »