Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokio Olimpiya Oyunlarının ləğv edilməsinə Yaponiyada rekord sayda səs verilib
Yaponlar olimpiadaya qarşı çıxır

Yaponiya sakinlərinin ən az 43 faizi koronavirus pandemiyasına görə Tokio Yay Olimpiya Oyunlarının ləğv edilməsini məsqsədəuyğun görür.

Bunu Asahi qəzeti tərəfindən dərc olunan sosioloji sorğunun nəticələri göstərib.

Bu, son vaxtlar ərzində ən yüksək göstəricisidir. Aprel və mart aylarında Olimpiya Oyunlarının ləğv etmək seçimini respondentlərin 35 və 33 faizi dəstəkləyib.

Olimpiadanın keçirilməsinə qarşı çixanlar ən çox 60 yaşdan yuxarı yaşlılar arasındadır - 54 faiz.

Eyni zamanda, hökumətin və təşkilat komitəsinin bu yay Oyunlara ev sahibliyi etmək istəyini dəstəkləyən Yaponiya sakinlərinin sayı bir ayda iki dəfə 28 faizdən 14 faizədək azalıb.

Sorğu 15 və 16 may tarixlərində mobil, stasionar telefonları və eyni zamanda İnternet vasitəsi ilə aparılıb. Təxminən 1,5 min nəfər iştirak edib.(trend)

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »