Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Robert Koçaryan

“Ermənistanın ikinci prezidenti Robert Koçaryanın növbədənkənar seçkilərdə birgə iştirakdan imtina etməsi ondan irəli gəlir ki, o, dövlətin maraqlarından çıxış etmir, yalnız Baş nazir vəzifəsini icra edən Nikol Paşinyandan qisas almaq hissi ilə alışıb yanır”.

APA-nın verdiyi məlumata görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Erməni Milli Konqresinin qurultayında çıxışında deyib.

Ter-Petrosyan bildirib ki, keçmiş prezidentlər Rovert Koçaryan və Serj Sarkisyana seçkilərdə birgə iştirakla bağlı müraciətində bir şərt olub: keçmiş liderlərdən heç biri Baş nazir postuna namizəd olmayacaq.

“Bu, bir tərəfdən Nikol Paşinyanın yenidən dirçəlməsinin qarşısını alacaqdı, digər tərəfdən isə Robert Koçaryanın hakimiyyətə qayıdışını əngəlləyəkdi. Belə olan halda, Baş nazir postunu ciddi təcrübəsi və idarəçilik vərdişləri olan, texnokratlardan ibarət böhran hökuməti qurmağı bacaran şəxs tutmalıydı”, - deyə Ter-Petrosyan vurğulayıb.

L. Ter-Petrosyanın sözlərinə görə, R. Koçaryanın təklifi rədd etməsi onun Paşinyandan qisas almağa susadığını göstərir. “S. Sarkisyana gəldikdə, o, hakimiyyətə qayıtmaq istəmir, lakin partiyasının üzvlərinin parlamentə düşməsinə çalışır”, - deyə o əlavə edib.

Qeyd edək ki, L. Ter-Petrosyan R. Koçaryan və S. Sarkisyana müraciət edərək, növbədənkənar parlament seçkilərinə birgə qatılmağı təklif edib.

Lakin onlar bu təklifi qəbul etməyib, üstəlik bunu ictimailəşdirdiyi üçün L. Ter-Petrosyana etirazlarını bildiriblər.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »