Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
IBATechvizual_640x401

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasında yeni təlim proqramlarına start verilib. Bu dəfə təlimlər “UI/UX dizayn” və “Rəqəmsal marketinq” ixtisasları üzrə aparılacaq.

Namizədlərin seçimi mərhələsində proqrama ümumilikdə 1000-ə yaxın namizəd müraciət edib. Onlar arasından hər iki istiqamətdə həm ödənişli, həm də ödənişsiz olmaq üzrə ümumilikdə 50 namizəd seçilib. Müraciət edən namizədlər arasından seçim mərhələsində ən yüksək nəticə göstərmiş 20 (hər iki qrup üzrə) tələbə isə Azərbaycan Beynəlxalq Bankının, eləcə də bp və onun tərəfdaşlarının (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) birgə təqaüd proqramı çərçivəsində Akademiyada ödənişsiz təhsil almaq şansı qazanıb.

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. IBA Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək edir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir. İndiyə qədər Akademiyanı 230-dan çox məzun bitirib. IBA Tech Akademiyası məzunlarının 70%-dən çoxu Azərbaycan Beynəlxalq Bankında, eləcə də müxtəlif yerli və xarici şirkətlərdə işlə təmin olunub.

Belə bir Akademiyanın yaradılmasında Azərbaycan Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Proqramlar haqqında daha ətraflı məlumatları buradan əldə etmək mümkündür.

Azərbaycan Beynəlxalq Bankının müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »