Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək
Dünya Bankı

May ayının əvvəlindən başlayaraq AzərbaycandaCOVID-19 pandemiyasının səngiməsi məhdudiyyətlərin yumşaldılmasına izin verəcək və bu da, öz növbəsində, iqtisadi bərpanı dəstəkləyəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının iqtisadçıları bildirir.

Bankın hesablamalarına görə, Azərbaycanda ÜDM istehsalı ardıcıl 12 aylıq azalmadan sonra martda ilk dəfə olaraq illik müqayisədə artıb. Bundan əlavə, inflyasiyanın stabil qaldığını qeyd edən bankın mütəxəssisləri, ölkənin bank sektorunun bərpasının staqnasiyada qaldığını bildirirlər.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda ÜDM-in azalma tempi azalsa da, hələ də artıma keçməyib və 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 078,6 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% az ÜDM istehsal olunub.

Xatırladaq ki, ötən il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM istehsalı 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »