Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin meymun çatışmazlığından şikayətlənir
Çin meymun çatışmazlığından şikayətlənir

Çində laborator sınaqlar üçün meymun çatışmazlığı yaşanır.

Bu barədə Çinin laborator primatlar yetişdirən mərkəzinin baş katibi Çjao Şenli məlumat verib. O qeyd edib ki, son 5 ildə belə primatların qiyməti demək olar ki 5 dəfə artıb. Əvvəllər 2280 dollara satılan meymunlar indi 9600 dollara satılsa da, almağa imkanları olanlar belə bazarda həmişə onları əldə edə bilmirlər.

Meymun yetişdirməklə məşğul olan Jiangsu Johnsen Bioresource Co şirkətinin rəhbəri Çjan Ven də bu fikirlə razılaşıb və qeyd edib ki, meymunlar 8-10 yaşda cinsi yetişkənliyə çatırlar. Laboratoriya şəraitində çox zaman ölən heyvanları yetişdirmək sadəcə zamana bağlıdır.Onların yüksək qiymətə satılması da məhz bununla əlaqədardır. Laborator sınaqlarda yalnız süni şəkildə insanlar tərəfndən yetişdirilmiş heyanların sınadan keçirilməsinə icazə verilir.Pandemiya dövründə koronavirusa qarşı vaksinlərin hazırlanmasında çoxlu sayda primatların test edilməsi onların sayının kəskin azalmasına səbəb olub.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »