Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox

Artıq bir aydan çoxdur həmişə alış-veriş etdiyim məhəllə marketindən əvvəllər 2 manat 80 qəpiyə aldığım bitki yağını 5 manata alıram. Bu bahalaşma ilə bağlı ən yadımda qalan rəqəm olduğu üçün yalnız yağı dedim.

50 manatla marketə girib torbanın dibində 5-6 yüngülvari ərzaqla bayıra çıxınca anlayırsan ki, evdəki hesab çarşıya uymur. Bahalaşma var, özü də əməlli-başlı. Hər şey qalxıb, maaşlardan savayı. Amma Dövlət Statistika Komitəsi deyir ki, artım deyilən qədər deyil, cüzidir, qəpik-quruşdur: "İstehlak qiymətləri indeksi 3,7 faiz artıb. Buğda ununun qiyməti orta hesabla üç qəpik, makaronun qiyməti isə 2 qəpik bahalaşıb. Şəkərin qiymətində 7, şəkər tozununu qiymətində isə 5 qəpik artım olub. Çayın da qiyməti qalxıb: azı 6 qəpik”. Bunu mən yox, Statistika Komitəsi deyir. Vətəndaş isə komitədən çox öz cibinə, öz əliylə verdiyinə inanır.

Məhsulun maya dəyərində özünü kəskin şəkildə göstərən əlavə dəyər logistik xərclərdir. Xarici ölkələrdə özünü gösətərn bahalaşma Azərbaycanla analojidirmi? Rusiyaya nəzər salaq. Rusiyada inflyasiya səviyyəsi real rəqmlərdən çoxdur. Rusiyalı iş adamı Sergey Tukaç bildirir ki, buna səbəb sahibkarların ticarət müqavilələrini daha baha qiymətə bağlamalarıdır. “Sanki ipotekaya girirsən. Biz sahibkarlar bilirik ki, 5 il sonra valyuta indikindən ucuz olacaq. Əvvəldən əlavə vəsait cəlb edərək özümüzü sığortalayırıq. Ərzaq qiymətlərinin artmasının daha bir səbəbi məhsulların saxlanma rüsumunun artmasıdır. Hər il məhsul qiymətləri 5-7% bahalaşacaq. Rusiyanın iri biznesmenləri xırda biznesmenləri ortadan çıxarırlar ki, sonradan müflisləşməsinlər”.

Azərbaqycanda da analoji vəziyyətdir. Analitiklər ortaya bir sıra təkliflər atırlar. Məsələn, topdansatış məntəqələrinin faliyyətini stimullşadırmaq, vətəndaşını fikirləşən dövlətin qeyri-sağlam rəqabət aparanları öz rəqibinə çevirməsi, bunun üçün mübarizə mexanizminin qurulması, idxalın stimullaşdırılması və daxili bazarda təkliflə yuvarlaqlaşan tələb yox, tələbi qarşılayan təklif mexanizmini dərinləşdirmək kimi təkliflər səsləndirilər. Qlobal böhran şəraitində iqtisadi daralma qiymət artımlarına səbəb olub və bunun qarşısını almaq vacibdir. Qiymət artımı əhalinin gəlirləri ilə mütənasiblik təşkil etməlidir. İndiki halda əhalinin alıcılıq qabiliyyəti zəifləybsə, bu iqtisadi daralmaya səbəb olacaq. Bütün dünyada ərzaq qiymətlərində bahalaşma müşahidə olunur, amma bu, hər ölkənin öz iqtisadi gücünə uyğunluq təşkil edir.

İqtisadi təhlilçi Toğrul Vəliyevin sözlərinə görə, Statistika Komitəsinin qiymətlərin sadəcə 3,7 faiz, ərzaq məhsullarının isə 5,2 faiz bahalaşması ilə bağlı rəqəmləri inandırıcı deyil. “Fevral ayının ikinci yarısında apardığı monitorinq zamanı ərzaq mağazası satıcıları müxtəlif məhsulların qiymətlərinin 10 qəpikdən 40 qəpiyədək bahalaşdığını bildiriblər. Bizdə məhsuldarlıq aşağı olduğu üçün məhsul baha başa gəlir. Məhsulun istehsalı az, xərci isə çoxdur. Elə bu da Azərbaycanda istehsal olunan məhsulun istehlakçıya baha satılmasına, qiymətlərdə isə mütəmadi artımın baş verməsinə gətirib çıxarır. Ölkədə kifayət qədər ərzaq məhsulları istehsal olunur. Lakin dövlət özünü azı 80 faiz yerli istehsalla təmin etməlidir ki, təhlükəsiz dövlət hesab olunsun. Azərbaycan hələlik o səviyyəyə çatmır, lakin müəyyən ərzaq məhsullarının idxalı bahalaşmaya səbəb ola bilməz. Ölkədə yerli məhsul istehsal olunur, sadəcə, sahibkarlar vəziyyətdən sui-istifadə edirlər",- deyə ekspert vurğulayır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »