Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT TŞ Fələstin-İsrail münaqişəsi ilə bağlı açıq iclas keçirəcək
BMT

İsrail və Fələstin nümayəndələri 16 mayda BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyi qurumdakı mənbələrə istinadən məlumat verib. Qeyd edilib ki, İsrail, Fələstin nümayəndələri və BMT Baş katibi Antonio Quterreş bu gün Təhlükəsizlik Şurasının bölgədəki vəziyyətin artması ilə bağlı keçiriləcək açıq iclasında danışacaqlar.

“İclasa Təhlükəsizlik Şurasının 15 üzv dövlətindən əlavə Fələstin, İsrail, həmçinin İordaniya və Misir də daxil olmaqla bir sıra regional ölkələrin nümayəndələri qatılacaq”, - deyə məlumatda vurğulanıb.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik şənbə günü jurnalistlərə açıqlamasında iclasda təşkilatın Baş katibinin də çıxış edəcəyini bildirib.

İclas Təhlükəsizlik Şurasının Fələstin-İsrail nizamlanmasına dair son həftədə keçirilən üçüncü iclası olacaq, lakin ilk dəfə açıq formatda və münaqişə tərəflərinin iştirakı ilə keçiriləcək. Belə ki, Təhlükəsizlik Şurasının əvvəlki iclaslarında ABŞ-ın mövqeyi səbəbindən vəziyyəti stabilləşdirməyə çağıran bəyanat hazırlamaq mümkün olmayıb.

Bu məqamda bildirək ki, bu gün İslam Əməkdaşlığı Təşkilatının fövqəladə iclası keçiriləcək.

İƏT-in XİN rəhbərləri səviyyəsində keçirilməsi nəzərdə tutulan iclasda Fələstin və İsrail arasındakı gərginlik müzakirə olunacaq. İclas videoformatda baş tutacaq.

Qeyd edək ki, Qəzza zolağındakı fələstinli radikal qrupların və İsrail ordusunun qarşılıqlı raket hücumları 10 maydan etibarən davam edir. Toqquşmaların başladığı gündən etibarən Fələstin ərazilərindən İsrailə 2000-dən çox raket atıldığı bildirilir.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »