Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: NATO Rusiya ilə soyuq müharibə istəmir
Stoltenberq: NATO Rusiya ilə soyuq müharibə istəmir

"NATO Rusiya ilə dialoqa hazırdır, lakin bu ölkəyə qarşı iqtisadi təzyiq azaldılmamalıdır".

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Rusiyaya ikitərəfli yanaşmamızın əsasını çəkindirmə, müdafiə və dialoq təşkil edir. Biz Rusiyaya dialoq təklif edirik, amma Rusiya hələ də aqressiv davranır. NATO yeni bir "soyuq müharibə" və ya silah yarışı istəmir, ancaq biz beynəlxalq hüququn pozulmasını qəbul edə bilmərik", - deyə NATO baş katibi bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Rusiyaya iqtisadi sanksiyalar və təzyiqləri davam etdirmək, eyni zamanda, danışıqlara hazır olmaq lazımdır.(azvision.az)

Son xəbərlər
Bütün xəbərlər »