Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir

Xəbər verilmişdi ki, keçmiş Dağlıq Qarabağda Rusiya sülhməramlılarının komandiri general Rüstəm Muradov rotasiya qaydasına görə altı ay müddəti tamam olduğu üçün komandanlığı Aleksey Avdeyevə təhvil verir.

Bu gün məlumat alındı ki, bölgəni tanıdığı və tərəflərarasında münasibətləri yaxşı öyrəndiyi və etimad qazandığı üçün Rüstəm Muradov daha altı ay Qarabağda sülhməramlıların komandiri kimi xidmətə davam edəcəkdir.

Rüstəm Muradov hazırda Laçın rayonunun Qaragöl yaxınlığında Ermənistan və Azərbaycan dövlət sərhədlərinin demarkasiyasında yaranmış və üç gündür davam edən gərgin müzakirələr aparır.

Müzakirələrin nəticəsi barədə əlavə məlumat veriləcək.(yenisabah)

Son xəbərlər
Bütün xəbərlər »