Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhani: İranda vəzifəli şəxslərə peyvənd vurulmayıb
Ruhani: İranda vəzifəli şəxslərə peyvənd vurulmayıb

İranda peyvənd çatışmazlığı olduğundan peyvənd, ilk növbədə, risk qrupuna aid olanlara vurulmalıdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani koronavirusa qarşı mübarizə qərargahında keçirilən iclasda deyib.

“Mən və yüksək vəzifəli şəxslərdən heç kim peyvənd vurdurmayıb. Əlimizdə olan peyvənd dozasının sayı az olduğu üçün, ilk növbədə, yaşlı və risk qrupuna daxil olan digər adamlara vurulmalıdır”, - deyə Prezident vurğulayıb.

Prezidentin sözlərinə görə, İran 3 milyon doza peyvənd alıb ki, bunun da 2 milyonu əhaliyə vurulub. Yaxın günlərdə İran yenə peyvənd alıb gətirəcək. Bütün çətinliklərə baxmayaraq, İran koronavirusun 4-cü dalğasını da arxada qoyub.

Qeyd edək ki, İran Rusiyadan və Çindən peyvənd almaq üçün razılıq əldə edib. Lakin sifarişlərin çoxluğu peyvənd dozalarının İrana çatdırılmasını ləngidir. Bundan başqa, İran milli peyvənd istehsalına da başlayıb. Lakin ilkin mərhələdə yalnız 300 min doza istehsal edilir ki, bu da 80 milyondan çox əhalisi olan İran üçün çox azdır.

Bu arada isə ölkənin Səhiyyə Nazirliyi koronavirusla bağlı statistik rəqəmləri açıqlayıb. Nazirliyin məlumatına əsasən son 24 saat ərzində İranda 7 min 723 virusa yoluxma, 200 ölüm faktı qeydə alınıb. Bununla da İranda yoluxanların ümumi sayı 2 milyon 739 min 875 nəfərə, ölənlərin sayı isə 76 min 633-ə çatıb. Müalicəsini davam etdirən 5 min 396 nəfərin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, virusa yoluxaraq xəstəxanalarda müalicə alan 2 milyon 210 min 851 nəfər sağalaraq evə buraxılıb.

Son xəbərlər
Bütün xəbərlər »