Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftçi” - “Qarabağ”: Final oyununun vaxtı müəyyənləşib
“Neftçi” - “Qarabağ”: Final oyununun vaxtı müəyyənləşib

Mayın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib.

Bu barədə Peşəkar Futbol Liqasının saytında məlumat yayılıb.

Bildirili ki, görüşlərin hamısı mayın 19-da keçiriləcək. “Neftçi” və “Qarabağ” komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da saat 20:30-da başlanacaq.

Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək. Həmin görüşlərdə “Səbail” klubu “Sumqayıt”ı, “Sabah” komandası “Zirə”ni, “Keşlə” isə “Qəbələ”ni qəbul edəcək.

Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.

İyirmi yeddi turdan sonra aktivində 57 xalı olan “Qarabağ” birinci, 56 xalı olan “Neftçi” ikinci, 38 xalla “Zirə” üçüncü, 36 xalı olan “Sumqayıt” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (26), “Qəbələ” (26), “Səbail” (24) və “Keşlə” (23) yer alıblar.

Son xəbərlər
Bütün xəbərlər »