Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Harri Kasparov: “Putin rejimi tezliklə laxlayacaq”
Harri Kasparov: “Putin rejimi tezliklə laxlayacaq”

Dünyanın şahmat çempionu kimi tanıdığı, indi isə özünü politoloq kimi tanıdan Harri Kasparov Putinin hakimiyyətdən uzaqlaşdırılmaq yolları barədə Rusiya KİV-ə müsahibə verib. Bizimyol.info müsahibənin qısa məzmununu təqdim edir:

“ Hakimiyyət ciddi geosiyasi məğlubiyyətə uğramayana qədər Rusiya daxilindəki müxalifətçilər, etirazlar məhvə məhkumdur. Mənə bunu demək xoş deyil, lakin Rusiyada çox tezliklə hakimiyyətin dəyişməsini istərdim. Bu tarixi bir reallıqdır və zaman bunu tələb edir.

İstənilən hakimiyyət, istər monarxiya, istər diktatura, istər demokatik olsun öz legitimlik formasına malik olmalıdır. Bu gün Rusiyada hakimiyyətin dayanıqlı olmasının əsas amili Putinin xarici siyasətdə yeritdiyi güc və zor gücünə qazandığı uğurlardır. Bu artıq ayrı məsələdir ki, bu uğurlar Rusiyaya çox baha qiymətə başa gəlir və ödəməli olur. İstənilən ciddi geosiyasi zərbə Putinə vurulmuş zərbə olacaq. Məhz bu zərbəni almamaq üçün Putin Ukraynaya hücum etmədi, çünki tam qalib olacağına əmin deyil. Buna görə Putin öz diktaturasını Suriya, Belarusun hesabına gücləndirərək azad dünyaya qarşı çıxır. Birbaşa toqquşma onun üçün kritik nəticələnə bilər.

Bu gün Rusiya ərazisində istənilən aktiv siyasi fəaliyyət həbsxana ilə nəticələnir. Rejimə zərbə endirməyin yollarından biri beynəlxalq sanksiyalardır. Lakin bu proses də umduğumuzdan ləng gedir.

Putinin xarici siyasi kursunun nə qədər davamlı ola biləcəyinə dair sualı cavablandıran Kasparov bildirib ki, bu barədə heç kim heç nə bilmir, çünkü dünyanın siyasi arenası çox hərəkətlidir. Dünya böhran vəziyyətindədir və bütün böhranlar adətən yenidən format olunmağa gətirib çıxarır. Bu gün vəziyyət prinsipial olaraq dəyişib. “Mənim fikrimcə, bu gözlənilməz dəyişikliklərə o cümlədən Putin rejiminin laxlamasına gətirib çıxaracaq”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »