Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçkiyə qatılmayan Serj Sarqsyan səsvermə haqqında məsləhətlər verəcək
Seçkiyə qatılmayan Serj Sarqsyan səsvermə haqqında məsləhətlər verəcək

Ermənistanın keçmiş prezidenti, müxalif Respublika partiyasının sədri Serj Sarqsyan növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Bu barədə “Report” “İnterfaks.ru”ya istinadən xəbər verir.

"Mən bildirdim ki, yüksək dövlət postuna daha iddia etmirəm. Adım (seçkiqabağı - red) siyahıda olmayacaq. Mən öz məsləhətlərimlə kömək edəcəm. Hesab edirəm ki, Ermənistana və erməni xalqına yüksək dövlət postunda xidmətim qurtardı", - o, jurnalistlərə deyib.

Bununla belə, Serj Sarqsyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyanla yeni seçki bloku yaradıb.

Həftənin əvvəllərində Ermənistan prezidenti Armen Sarkisyan iyunun 20-də ölkədə parlament seçkilərinin keçirilməsi haqqında fərmanı imzalayıb.

Son xəbərlər
Bütün xəbərlər »