Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artisti diz çöküb Şuşa torpağını öpdü - Foto
Xalq artisti diz çöküb Şuşa torpağını öpdü - Foto

Şuşada keçirilən “Xarı bülbül” festivalı barədə hələ çox danışılacaq.

Bu festival düşmənin ürəyinə dağ çəkdi, bizim ürəyimizə su səpdi. İllərin həsrətliləri qovuşdular. Xüsusən Şuşada doğulub böyüşümş şəxslər üçün Şuşanı görmək bir başqa anlam daşıyır. Bu ananın balasına qovuşması kimi müqəddəs bir məqamdır.

Xalq artisti Firəngiz Mütəllimova Xarı bülbül festivalında iştirak etmək üçün Şuşaya dəvət almış sənətkarlar arasında idi. O işğaldan sonra Şuşaya ilk qədəm basacağı gün əyilib torpağı öpəcəyini əhd etmişdi və bu əhdinə sadiq qalaraq Şuşaya qədəm basar–basmaz əyilib toprağı öpüb.

Bu anları əks etdirən fotonu sosial şəbəkələrdə jurnalist Rəşad Məcid paylaşıb.

Firəngiz Mütəllimova Firəngiz Mütəllimova, Xalq artisti

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »