Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
"Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib.

Qeyd edək ki, hazırda Azərbaycan Zəngəzurda Ermənistanın ələ keçirdiyi əraziləri geri alır, dövlət sərhədlərimizi bərpa edir. Proses Ermənistanda ağrılı reaksiyalara səbəb olub, son olaraq Qaragölün geri qaytarılmasından sonra, Ermənistan məsələni beynəlxalq qalmaqala çevirmək istəyib və bunla da sərhəd delimitasiyasının qarşısını almağa çalışıb. Amma Azərbaycan prosesin davam lı olacağını bir daha ortaya qoyub. Bu baxımdan fasilə vermədən Azərbaycanın hərbi hazırlığının gücləndirilməsi zərurətdir. Naxçıvanda açılan yeni aerodrom da bu istiqamətdə atılmış əhəmiyyətli addımlardan biridir.

Hərbi ekspert Ədalət Verdiyev bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, Naxçıvanda salınan yeni hərbi aerodrom Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və Füzulidə, Laçında və Kəlbəcərdə salınacaq hava limanları ilə biz ərazilərimizin təhlükəsizliyini havadan qorumaq imkanlarını daha da genişləndirmiş olacağıq:

Ədalət Verdiyev Ədalət Verdiyev

“Hələ 4-5 il əvvəldən düşünmüşdük ki, müharibə olarsa, bizə plasdarmlar lazım olacaq və bu plasdarmlardan biri də Naxçıvanda olmalıdır. Günnüt əməliyyatı srf Naxçıvandakı qoşnlarımızın yerinə yetirdiyi əməliyyat idi. Qoşunlarımız Qızılqaya yüksəkliyini ələ keçirməklə düşmən üzərində böyük visual və atəş məsafəsi nəzarəti əldə etdik.

Savaşı başlamaq çox asandır. Onu uuğrla davam etdirmək, məntiqi sonluğa atdırmaq çətin məsələdir. Ermənistan anlamalıydı ki, açıq qarşıdurma başlayarsa, Azərbaycan Ermənistanın hərbi potensialının müharibəyə daxil olmasının qarşısını almaq üçün real potensiala malikdir. Ermənistan tərəfinin bütün manevrlərini məhdudlaşdırmaqla bərabər bu günkü revanşistlərin bəyanatlarına cavab olaraq bu gün Naxçıvandan dəhlizləri tamamilə qapatmağa qadirik. Zəngəzur dəhlizinin açılmasında hər hansı bir problem yaratsalar, təkçə Naxçıvan ordusu həmin dəhlizi bir günün içində açmağa qadirdir. 1700 metr yükslikdən düzənliyə baxırıq. Sanki ovucumuzun içindədilər və atıcı silahlarla belə nəzarət altında saxlaya bilərik. Ermənlərin boş-boş guruldalaması ilə deyil. Deyilən bəyanatların altını faktlarla doldura bilməyəcəksənsə, deməyə dəyməz. Havaya atılmış boş sözlərdir.

Naxçıvanın strfateji əhəmiyyəti olduqca vacibdir. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Silalı Qüvvələrimizin bir parçasıdır və lazım olan vaxt istədiyimiz manevr imkanlarına malikdir. Naxçıvandakı hərbiçilərimiz istənilən iqlimdə və coğrafi şəraitdə öz vəzifə borclarını yerinə yetirməyə qadirdilər”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »