Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
Qaragöl, Zəngəzur, Azərbaycan

Kimlər Paşinyanı satdı?

44 günlük müharibənin yekunu olaraq bölgədə yeni münasibətlərin qurulması üçün mütləq sərhəd problemlərini də həll etmək lazım idi. Zəngəzur dəhlizinin işə salınmasının və Azərbaycan - Ermənistan arasında sülhün qorunması sərhədlərin delimitasiyası və demarkasiyası olmadan mümkün deyildi. Azərbaycan tərəfinin Üçtərəfli Bəyanat və ondan sonrakı prinsipial mövqeyi nəticəsində Putinin də yaşıl işıq yandırdığı Azərbaycan və Ermənistan arasında sərhədlərin qurulması prosesinə dekabr ayından start verilib.

Lavrovun Qafqaza səfərindən sonra müəyyənləşdirilmiş sərhədlərdə sərhəd postlarının qurulmasının ikinci mərhələsinə start verildi.(Birinci mərhələ Azərbaycanın cənub - qərb torpaqları ilə Ermənistanın cənub - şərq torpaqları arasında sərhədlərin çəkilməsi həllini tapdı) Lakin, birinci mərhələdən fərqli olaraq, indi , məlum mövzu ətrafında ciddi spekulyasıyalar baş tutdu.

Laçın və Kəlbəcərin sərhədlərinin müəyyənləşdirilməsi zamanı yaranan hay - küy...

Laçın və Kəlbəcərlə qonşuluqda olan yerli idarəetmə orqanları tərəfindən başladıldı. İlk saatlardan indiyə qədər Koçaryan tərəfindən idarə olunan KİV də ciddi şəkildə Nikola Qaragöl mövzusunda pressinq davam etməkdədir.

Buna cavab olaraq, Paşinyan hakimiyyəti Qaragöl məsələsində Ermənistanda hay - küyün yaranması fonunda pressinq qarşısısında qalaraq geoosiyasi kartı oymağa başladı. Nikol Koçaryanın son zamanlar iqtisadi və siyasi əlaqələrindən istifadə edərək elektoratını çoxaltması və Qaragöl mövzularının onun reytinginə mənfi təsir etdiyini başa düşərək növbəti dəfə Fransa - Ermənistan, ABŞ - Ermənistan kartlarını işə saldı.

Belə ki, Nikol Paşinyan faktiki olaraq Rusiya qarşısında şərt qoyaraq erməni ictimaiyyətinə Moskvanın mövqeyini bir daha göstərmiş oldu.

O, sabah üzərində məsuliyyət qalmasın deyə, hökumətinin Rusiya tərəfi ilə telefon danışıqları ilə kifayətlənmədi, Rusiya prezidentinə məktub yazdı və məktubda Moskvadan yardım istədi. Beləliklə, fors - major halında "mən Putindən hərbi yardım istədim, lakin o yardımı almadım" tezisini bəyan edəcəyini yazılı sənədlə sabaha saxlamış oldu.

Qaragöl məsələsində Rusiya erməni ictimaiyyəti qarşısında pis vəziyyətdə qaldı. ( sərhədlərlə bağlı anlaşma Rusiyanın iştirakı ilə danışılıb. Təsadüfi deyil ki, Lavrov Qaragöl açıqlamasında Üçtərəfli Bəyanatın bütün şərtlərin icrasının zəruriliyi vacibdir dedi. Paşinyan KTMT və Rusiyaya hərbi yardım üçün müraciət etdi). "Azərbaycan ordusu Ermənistan sərhəddini keçdi, amma Rusiya Ermənistan qarşısında öhdəliyini yerinə yetirmədi" şüarını səsləndirməyə yaxın olan anti - Rusiyaçılar, baxın bizim dediyimiz həqiqət oldu deməyə başladılar.

Əvəzində, Paşinyan hələlik dəstəyi Parisdən aldı. Fransa Azərbaycan ordusunun öz sərhədləri daxilində olduğunu bilə - bilə Bakını tənqid edən mövqe sərgilədi. Makron qırmızı xətti keçərək Kosova variantını işə salmaq istəyində olduğunu gizlətmədi, müharibə vaxtında olduğu kimi yenidən "Azərbaycanın addımlarını" BMT TŞ na çıxarmaq üçün addımlar atmaqdadır.

Öz növbəsində, Borell timsalında Avropa İttifaqı hələ ki, Makronun mövqeyinə tüpürərək Azərbaycan və Ermənistan arasında sərhədlərin sülh şəraitində müəyyənləşməsinin zəruriliyi haqqında bəyanat verdi.

Beləliklə,

- mövcud durumda Üçtərəfli Bəyanatda və postmüharibə dövründə əsas maraqlı tərəf olan Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər erməni cəmiyyətində nüfuzunu daha da itirəcək. Deyiləsi cümlə isə budur: bu torpaqlar Azərbaycan ərazisinə daxildir və Ermənistan ordusu geri çəkilməlidir.

- Paşinyan bu mövzuda Koçaryana uduzdu. Onun bir yolu qalır, seçkiqabağı daxili auditoriya üçün "günahkar" tapmaq..

- Koçaryan Qaragöl məsələsində Ara Ayvazyanın və bölgədəki generalların "fəaliyyətləri" nəticəsində (əslində mən bu günlər ərzində bir çoxlarının addımlarını Nikola qarşı qurulmuş oyun kimi başa düşürəm) Paşinyanı tələyə saldı.

- Koçaryanın idarəetdiyi KİV mövcud durumda Paşinyanın apardığı siyasəti ciddi tənqid etdilər, lakin Rusiyanı diqqətdən kənar qoydular.

- Fransa erməni cəmiyyətində reytinqini ciddi şəkildə yüksəltdi.

Zaur Məmmədov Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov
Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »