Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
HƏMAS İsrail limanına hücum edib
HƏMAS İsrail limanına hücum edib

Fələstinin radikal HƏMAS hərəkatı İsrailin Aşdod şəhərindəki limana hücum edib və bu, güclü yanğına səbəb olub.

Virtualaz.org bildirir ki, məlumatı “Times of Israel” yayıb.

Qəzetin məlumatına görə, baş verənlər nəticəsində xəsarət alan olmayıb. Bundan başqa, sosial şəbəkələrdə yer alan video göstərir ki, HƏMAS-ın raketi transformatora düşüb və bu, yaxın ərazidə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Bundan əvvəl HƏMAS Siyasi Bürosunun sədri Xaled Maşal bildirib ki, Fələstin hərəkatı İsraillə barışığa hazırdır və onun şərtlərini açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »