Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samir Abasov: “Qarabağ”la matç həyatımızın son oyunu qədər vacibdir”
Samir Abasov

“Çox önəmli oyun idi bizim üçün. Çünki qələbə qazanmaqla intriqanı son tura saxlamaq istəyirdik. Buna da nail olduq. Qalib gəldiyimiz üçün sevinirik”.

“Report”un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Abasov bildirib ki, komandasının qol epizodlarını qaçırması onu narahat edir: “Oyunun sonunda komandamızda panika var idi. Bu da normal idi. Çünki rəqib qol vurmaq istəyirdi. Məni narahat edən məqam odur ki, yaxaladığımız qol şanslarını dəyərləndirə bilmirik. Halbuki bu gün 2-ci, 3-cü qolu vurmaqla oyunun taleyini daha tez həll etmək olardı. Artıq son oyuna hazırlaşacağıq”.

“Neftçi”nin baş məşqçisi Keysuke Hondaya bugünkü oyunda şans verməməsinin səbəbini belə izah edib: “Qarabağ”ın oyunun nəticəsindən xəbərim yox idi. Yalnız qarşılaşma başa çatandan sonra bildim ki, qələbə qazanıblar. Yəni Hondanın bugün ehtiyatda qalmasının planla heç bir əlaqəsi yox idi. Sadəcə ardıcıl süni örtüklü meydanda 2 oyun keçirmişdik və Honda ağrılardan şikayətlənirdi. Ona görə də bugünkü matçda onu qoruduq”.

Abasovun fikrincə, hücumda aktiv, müdafiədə isə diqqətli olmaq lazımdır: “Bakcell Arena”da Namik Ələskərov vura bilməmişdi, bu gün isə Stiven Monroza ümid edirdik. Plan topu rəqibə vermək və necə oynayacağını görmək idi. Çünki bilirdik ki, “Sumqayıt da udmalı idi. 3 müdafiəçinin üstünə getməyək. Ən yaxşısını etdik və qalib gəldik. Həyəcan siqnalı yoxdur. Buna vaxt da yoxdur. Xoş haldır ki, qol epizodları yarada bilirdik. Əvvəl bu baxımdan problem var idi. İndi vəziyyət dəyişib. Heç həyəcanlanmırıq. “Qarabağ”la oyunda bu qədər qol imkanımız olmayacaq”.

Baş məşqçi “Qarabağ”la keçirəcəkləri son turun önəminə də diqqət çəkib: “Mən həmişə rahat yatıram. Sadəcə, “Qarabağ”la qarşılaşma həyatımızın son oyunu qədər vacibdir”.

Abbasov “Qarabağ”la oyunda əcnəbi baş hakimin dəvət edilməsinə ehtiyac duymadığını vurğulayıb: “Məncə, bu, mənə aid sual deyil. Son turda belə qərar vermək düz olmaz. Hakimlərimizə inanmalıyıq. Onlar avrokuboklarda, Avropa Liqasının qrup mərhələsində oyun idarə edir, bu cür qarşılaşmalarla bişirlər. Öz hakimlərimizə etibar edərdim”.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Kür çayında 29 yaşlı qadın batıb
Son xəbərlər
Bütün xəbərlər »