Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Mən və “Qarabağ” tək deyil"
Qurban Qurbanov: "Mən və “Qarabağ” tək deyil"

“Vacib olan 3 xalı qazandıq”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

49 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunun “Keşlə” ilə matçı (2:0) barədə fikirlərini açıqlayıb: “Rəqibə uğurlar arzulayıram. Həm çempionat, həm kubokda. Bəzi nüanslar var. Son turda “Neftçi” ilə görüşdə rahatlıq da, çətinlik də ola bilər. Futbolçulara inanıram ki, son görüşə sərbəst çıxacaqlar. Onların durumu, hazırlığı o səviyyədədir ki, özlərini yaxşı hazırlayacaqlar. Öz tələblərimizi edəcəyik. Öz oyunumuzu oynamağa, yaxşılaşdırmağa çalışacağıq. Mən və “Qarabağ” tək deyil. İdman prinsipləri var. Hədəfimiz hər matçda qalib gəlməyə, oyunumuzu yaxşılaşdırmağa çalışırıq. İşimizi düz qururuqsa, nəticə də olacaq. Məsuliyyətlə işləyirik. Daim daha çox hücuma keçməsi yaxşıdır. Nəticə də olacaq”.

Son xəbərlər
Bütün xəbərlər »