Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ər keçmiş arvadını bıçaqladı
Azərbaycanda ər keçmiş arvadını bıçaqladı

Masallıda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report”un verdiyi xəbərə görə, hadisə Öncəqala kəndində baş verib.

Belə ki, 1994-cü il tarixli kənd sakini Zəhra Əsgər qızı Əzizova atasının evində keçmiş əri tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Z.Əzizovaya çənəaltı, sol bazu və sağ əlin bilək nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Çoxlu qan itirən yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, onlar boşansalar da, tərəflər arasında mübahisə davam edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »