Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
HƏMAS İsrailə zərbələr endirdi
HƏMAS İsrailə zərbələr endirdi

Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının “İzzəddin al-Kassam briqadası” silahlı qanadı İsrailin Beer-Şeva şəhəri istiqamətində raketlərin buraxıldığını bəyan edib.

Bu barədə “Qafqazinfo” Fələstinin “Saut Al-Aqsa” radiostansiyasına istinadən xəbər verir.

Onun məlumatına görə, sahil anklavından yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da-red.) İsrail ordusunun obyektlərinə endirilən raket zərbələri yəhudi dövlətinin Qəzza sektoruna endirdiyi zərbələrə cavab olub.

“The Times of Israel” qəzetinin İsrail Səhiyyə Nazirliyindəki mənbələrinə istinadən verdiyi xəbərə görə, radikalların Qəzza sektorundan Beer-Şeva şəhərini atəşə tutması zamanı bir israilli xəsarət alıb.

Nəşrin məlumatına görə, mərmilərdən biri avtomagistral ərazisində düşüb. Polis əməkdaşları insidentin baş verdiyi əraziyə girişi bağlayıb.

Son xəbərlər
Bütün xəbərlər »