Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”

Zəngəzurda aparılan delimitasiyaya Ermənistan hər vəchlə mane olmağa çalışır. Bu ölkənin rəhbərliyi məsələni torpaqların ələ keçirilməsi kimi təqdim etmək istəyir. Halbuki söhbət Azərbaycanın zəbt olunan ərazisinin geri qaytarılmasından gedir. Azərbaycan isə qərarlıdır. Ermənistanın da praqmatik politoloqları artıq proqnoz verirlər ki, Azərbaycanın gəlib çatdığı nöqtələrdən geri çəkilməsi inandırıcı görünmür.

Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrin Ermənistan seqmentində azərbaycanlı hərbçilərin Zərkənddə görünməsi müzakirə olunur. Ermənistanda bu yaşayış məntəqəsini Kut adlandırırlar. Yazılanlara görə, Azərbaycan ordusu Zərkəndə və Yuxarı Şorcaya nəzarəti ələ keçirib.

Ermənistan portallarında adıçəkilən kəndlərdən reportajlar yer alıb. Amma qəribədir ki, yerli sakinlərdən çox, administrasiya rəhbərlərinə tribuna verilib. Ermənistan jurnalistləri aktiv əməliyyatlardan sonra Azərbaycan qüvvələrinin Zərkənddən 4.5 km məsafədə qərarlaşdığını yazır. Kənd administrasiyasının rəhbəri Sima Çitçyan hamını əmin etməyə çalışır ki, hər şey qaydasındadır: “Azərbaycanlılar sərhədi keçməyib. Kənd adamlarının qorxudulması, təhdid olunması qeydə alınmayıb. Sadəcə, vilayət rəhbərliyi bufer zonanın yaradılması üçün danışıqlar aparır”. Çitçyan deyib ki, kənddə həyat öz axarıyla davam edir. Yalnız heyvanları Azərbaycan istiqamətindəki otlaq ərazilərə buraxmırlar: “İki gün əvvəl azərbaycanlılar xəbərdarlıq etdi ki, heç kim yaxına gəlməsin”.

Yuxarı Şorca kəndinin sakinləri bildirib ki, Azərbaycan hərbçiləri yaşayış məntəqəsinə daxil olmağı bacarıblar. Vilayət qubernatoru Qnel Sanosyan onları sakitləşdirməyə çalışır, danışıqlarda şəxsən özü iştirak etdiyini deyir. Vardenis (Basarkeçər) rayonunun administrasiya rəhbəri Aram Melkonyan jurnalistlərə azərbaycanlıların kəndin içində yox, bir neçə kilometr aralıda olduğunu söyləyib: “Onlar kiçik qruplarla irəliləyir. Günün ikinci yarısında təxminən 20 nəfərlik qrup bizə tərəf gəlib. Ermənistan hərbçiləri çalışır ki, düşmən sərhədi keçməsin. Barışıq əldə olunub deyə, onların hərəkətinə qadağa qoymaq da mümkün deyil. Bizim ərazidə olduqlarını gördük, amma onların dayandırılmasıyla bağlı əmr yoxdur”.

Qaragöl ətrafında mayın 12-dən gərginlik hökm sürür. Ermənistan tərəfinin müqavimətinə baxmayaraq, Azərbaycan demarkasiya prosesini 2020-ci il noyabr razılaşmasına uyğun aparır.

Son xəbərlər
Bütün xəbərlər »