Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”

Fransa Qarabağın azad edilməsi zamanı aşkar mövqe ortaya qoymuşdu. Avropa dövləti Ermənistanın tərəfini tuturdu.

Halbuki ATƏT-in Minsk qrupunun üzvü olan ölkənin belə münasibəti məntiqəuyğun deyildi. Fransa mövqeyini dəyişməyib. Prezident Emmanuel Makron açıq mətnlə Azərbaycanı "işğalçı" adlandırıb.

Bizimyol.info xəbər verir ki, Fransanın dövlət başçısı bizim ölkəni Ermənistan torpaqlarını ələ keçirməkdə ittiham edib. Makron Azərbaycanın ordusunu qonşu dövlətin ərazisindən çıxarmalı olduğunu deyib. Fransanın məşhur nəşri “Le Figaro” oxucuların fikirlərini dərc edib. Burada Makron çox qınanılıb. Məsələn, “ottomar” niki ilə bir nəfər yazıb ki, öz ölkəsinin vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən prezident başqalarının işinə qarışmamalıdır. Portal istifadəçilərinin önə çıxan şərhlərini təqdim edirik:

Cap234 – “Fransada çoxlu erməni əsilli seçici var. Bu açıqlama Makronun xeyrinə işləyə bilər...”

Pepone13 – “Makron qanunsuzluğun hökm sürdüyü Fransa ərazisi ilə məşğul olsa, yaxşıdır. Gələcəyin bombası quraşdırılıb”.

SYRİO – “Makron şəhərətrafı rayonlardakı mafiya ilə bacara bilmir, amma azərbaycanlılara dərs keçmək istəyir”.

Michel Vidal – “İrəlidə gələn seçkilərə görə belə rəmzi jest edilir. Amma bunun ölkəyə heç bir dəxli yoxdur”.

Michel – “Yenə boş danışıq. Avropa var, lazımdırsa, qoy qarışsın. Bizim prezident yaxşı olar, öz ölkəmizin qayğısına qalsın, şəhər xuliqanları ilə mübarizə aparsın”.

Alexandre Gonin – “Paşinyan bacarıqsızlığını göstərməkdə davam edir: amerikalılarla yaxınlaşır, Putindən uzaqlaşır; hakimlərin, generalların, ümumiyyətlə, yaxın çevrədən olmayan hər kəsin qovulması. Zəifləməklə o, azərbaycanlılarla uduzmaq riskinə gedir”.

Paco7531 – “Fransa beynəlxalq səviyyədə nüfuzunu itirib. Yalnız vergi ödəyiciləri sayəsində birtərəfli kömək təklif etməyi bacarır. Makron gülüncdür. Onun sözünün heç bir çəkisi yoxdur. Tezliklə ordunun dəstəyini də itirəcək...”

Phiphi1518 – “Fransa çox uzaqdadır. Makron Ermənistanın müdafiəsini Rusiyadan xahiş etməlidir”.

golfy17 – “Fransada hər gün qarışıqlıq yaşandığı zaman başqalarının işindən necə narahatlıq keçirmək olar...”

Jacques 3419 – “Beynəlxalq arenaya çıxmaq üçün əvvəlcə öz ölkəndə etibar qazanmaq lazımdır. Yoxsa beynəlxaq ictimaiyyət qarşısında gülməli vəziyyətə düşürsən”.

Son xəbərlər
Bütün xəbərlər »